...

Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi haqqında müqaviləni Gürcüstan yazda rəsmiləşdirəcək

Siyasət Materials 16 Fevral 2010 17:16 (UTC +04:00)
Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi haqqında müqaviləni Gürcüstan bu yaz rəsmiləşdirəcək. Bu barədə Gürcüstanın Avropa və Avroatlantikaya inteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Tamara Beruçaşvili Avropa Komissiyasının nümayəndə heyəti ilə görüşdən sonra bu gün təşkil edilən brifinqdə deyib.
Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi haqqında müqaviləni Gürcüstan yazda rəsmiləşdirəcək

Gürcüstan, Tbilisi, 16 fevral / Trend , müxbir N.Kirsxaliya/

Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi haqqında müqaviləni Gürcüstan bu yaz rəsmiləşdirəcək. Bu barədə Gürcüstanın Avropa və Avroatlantikaya inteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Tamara Beruçaşvili Avropa Komissiyasının nümayəndə heyəti ilə görüşdən sonra bu gün təşkil edilən brifinqdə deyib.

Beruçaşvilinin sözlərinə görə, görüşdə söhbət qanuni miqrasiyadan gedib. Həmçinin "Mobillik üçün tərəfdaşlıq" çərçivəsində əməkdaşlıq planı müzakirə olunub.

"Biz miqrasiya axınının, qanuni miqrasiya təkliflərinin müəyyən olunacağı miqrasiya profili hazırlamalıyıq. Biz fəaliyyət planına dair razılaşdıq. Plan çərçivəsində əməkdaşlıq inkişaf etdiriləcək. Növbəti mərhələ nümayəndə heyətinin formal görüşü olacaq ki, bu zaman konkret layihələri müzakirə edəcəyik", - Tamara Beruçaşvili deyib.

Brifinqdə Avropa Komissiyasının nümayəndəsi Mark Rişe bu gün təşkil olunan görüşü məhsuldar adlandırıb. "Gürcüstan və Avropa İttifaqı arasında qarşılıqlı əməkdaşlıq planında aparılan bu işlər ümumi işlərin böyük hissəsidir", - Rişe qeyd edib.

Xəbər lenti

Xəbər lenti