...

Gürcüstanın DİN-də Aİ ekspertləri miqrasiya məsələlərini müzakirə ediblər

Siyasət Materials 17 Fevral 2010 11:58 (UTC +04:00)
Gürcüstanın DİN-də miqrasiya haqqında məlumatların mübadiləsi məqsədi ilə ölkə hüdudlarından kənarda əməkdaşlıq agentliyinin nümayəndələri ilə görüş təşkil edilib.
Gürcüstanın DİN-də Aİ ekspertləri miqrasiya məsələlərini müzakirə ediblər

Gürcüstan, Tbilisi, 17 fevral / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın DİN-də miqrasiya haqqında məlumatların mübadiləsi məqsədi ilə ölkə hüdudlarından kənarda əməkdaşlıq agentliyinin nümayəndələri ilə görüş təşkil edilib.

Gürcüstan DİN-dən Trend -a verilən məlumata əsasən, avropalı ekspertlər Beynəlxalq Əlaqələr Baş İdarəsinin nümayəndələri, Patrul Polis Departamenti və sərhəd polis nümayəndələri ilə görüşüb.

Görüş "Mobillik üçün tərəfdaşlıq" proqramı çərçivəsində təşkil edilib.

Gürcüstan DİN-də keçirilən görüş zamanı tərəflər qanunsuz miqrasiya ilə mübarizə, sərhədlərdə təhlükəsizliyin təmin olunması, həmçinin gələcək əməkdaşlıq planına dair işləri müzakirə ediblər.

Qeyd etmək lazımdır ki, son ildə Gürcüstanda qanunsuz miqrasiya çox geniş yayılıb. Yalnız Polşadan 4 min qanunsuz miqrantın qovulması gözlənilir.

Xəbər lenti

Xəbər lenti