...

Cənubi Qafqaz münaqişələrinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 17 Fevral 2010 13:44 (UTC +04:00)
Astanada fevralın 23-də Cənubi Qafqaz münaqişələrinə həsr edilmiş beynəlxalq konfrans təşkil ediləcək. Bu barədə Gürcüstan Liberal partiyasının beynəlxalq məsələlər üzrə katibi Nestan Kirtadze ATƏT-in fəaliyyətdə olan sədri - Qazaxstanın xarici işlər naziri Kaunat Saudabayev ilə görüşdən sonra bu gün jurnalistlərə bildirib.
Cənubi Qafqaz münaqişələrinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Gürcüstan, Tbilisi, 17 fevral / Trend , müxbir N.Kirsxaliya/

Astanada fevralın 23-də Cənubi Qafqaz münaqişələrinə həsr edilmiş beynəlxalq konfrans təşkil ediləcək. Bu barədə Gürcüstan Liberal partiyasının beynəlxalq məsələlər üzrə katibi Nestan Kirtadze ATƏT-in fəaliyyətdə olan sədri - Qazaxstanın xarici işlər naziri Kaunat Saudabayev ilə görüşdən sonra bu gün jurnalistlərə bildirib.

Kirtadzenin sözlərinə əsasən, bu məsələni görüşdə o qoyub.

Konfransın Astanada keçirilməsi haqqında qərar verilib. Hazırda dəvət olunacaq ölkələrin siyahısı dəqiqləşdirilir.

Nestan Kirtadzenin məlumatına əsasən, ATƏT-in fəaliyyətdə olan sədri xoş niyyət ifadə edərək bəyan edib ki, ATƏT Gürcüstanda bu təşkilatın missiyasını bərpa etməkdən ötrü bütün imkanlardan istifadə edəcək.

Xəbər lenti

Xəbər lenti