...

Azərbaycan parlamentinin sədri İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşüb

Siyasət Materials 20 Fevral 2010 17:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Spikeri Oktay Əsədov İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə görüşüb. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
Azərbaycan parlamentinin sədri İranın Ali Milli Təhlükəsizlik Şurasının  baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Spikeri Oktay Əsədov İranın Ali Milli Təhlükəsizlik  Şurasının baş katibi Səid Cəlili ilə görüşüb. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Görüş zamanı Cəlili bildirib ki, rəsmi Tehran region ölkələrinin müştərək əməkdaşlığı ilə öz təhlükəsizliklərinin təmin edilməsi siyasətini dəstəkləyir. O deyib ki, bu siyasətlə İran regiondakı bütün qonşuları ilə təhlükəsizlik sahədə əməkdaşlıqlarını artırmaq üçün bütün potensialından istifadə etməyə hazırdır.

Görüşdə Oktay Əsədov da öz növbəsində bildirib ki, regionda sülh və əmin-amanlığın gücləndirilməsi bütün ölkələrin xeyirinədir.

Əsədov iki ölkə arasında müştərək tarixi, dini bağlılıqlardan danışıb və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsini istəyib.

Azərbaycan Parlamenti sədrinin İrana rəsmi səfəri bu gündən başlayıb. Oktay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 20-dən 22-dək  İran İslam Şurası Məclisi sədrinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olacaq

Səfər müddətində parlament nümayəndə heyətinin üzvləri Təbriz şəhərində də olacaq, Şərqi Azərbaycan vilayətinin ostandarı Əhməd Əlirza Beygi və ölkənin dini rəhbərinin buradakı nümayəndəsi, Təbriz cümə namazının rəhbəri ayətullah Möhsün Müctəhid Şəbüstəri ilə görüşlərdə ikitərəfli əməkdaşlıq barədə fikirlərini bölüşəcəklər

Xəbər lenti

Xəbər lenti