Gürcüstan Prezidenti Mixail Saakaşvili və ABŞ-ın Əfqanıstan və Pakistandakı xüsusi nümayəndəsi Riçard Holbruk bu gün Krsanisidəki Milli Hərbi Təlim Mərkəzində olublar.
Onlar gürcü əsgərlərin yaşayış şəraiti ilə və onların Əfqanıstanda beynəlxalq əməliyyatlarda iştiraka hazırlığının gedişi ilə tanış olacaqlar. Gürcü hərbçilər amerikalı qonağa nümunəvi təlim təqdim edəcəklər.
Gürcüstan Prezidenti və ABŞ-ın xüsusi nümayəndəsi təlim mərkəzinin yeməkxanasında nahar ediblər.
3-cü piyada briqadasının 3-ci batalyonu bu ilin yazında Əfqanıstana göndəriləcək. O, amerikalıların rəhbərliyi altında xidmət edəcək.
Bu gün həmçinin Gürcüstan Prezidenti Mixail Saakiaşvili ilə rəsmi görüş olacaq. Görüş zamanı gürcü hərbçilərin Əfqanıstanda əməliyyatlarda iştirakı məsələsi müzakirə ediləcək.
Hazırda gürcü əsgərlərdən ibarət bölük Əfqanıstanda Fransanın məsuliyyət zonasında xidmət edir. 2010-cu ilin yazında əməliyyatlara gürcü taboru da qoşulacaq və o, ABŞ-ın məsuliyyət zonasında xidmət edəcək. İki bölmənin şəxsi heyəti ümumilikdə 700-ə yaxın adamı əhatə edəcək.