...

Azərbaycanın Sumqayıt şəhərində qətl hadisəsini törədən şəxslərin şəxsiyyəti hələ də müəyyənləşməyib

Siyasət Materials 22 Fevral 2010 15:34 (UTC +04:00)
Sumqayıt şəhər prokurorluğunun böyük müstəntiqi Emil Mirzəyev Trend News-a bildirib ki, hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azərbaycanın Sumqayıt şəhərində qətl hadisəsini törədən şəxslərin şəxsiyyəti hələ də müəyyənləşməyib

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərində ötən həftə baş vermiş qətl hadisəsini törədən şəxslərin şəxsiyyəti hələ də müəyyənləşməyib.

Sumqayıt şəhər prokurorluğunun böyük müstəntiqi Emil Mirzəyev Trend -a bildirib ki, hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şənbə günü səhər 07:45-də iki naməlum şəxs Makarov tipli silahdan atəş açaraq 1985-ci il təvəllüdlü Vüqar Balayevi qətlə yetirib. Onun atası 1957-ci il təvəllüdlü İsmayıl Balayev onlara müqavimət göstərib. Nəticədə, o da ayağından ağır xəsarət alıb.

Mirzəyev bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120) və qanunsuz olaraq odlu silah ələd etmə, başqasına vermə, satma, saxlama, daşıma, gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.

Cinayəti törətmiş şəxslərin fotorobotu hazırlanıb və polis idarələrinə paylanıb.

Xəbər lenti

Xəbər lenti