Gürcüstan, Tbilisi, 22 fevral / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze Gürcüstanda yaxın günlərdə diplomatik missiyasını başa vuran Almaniyanın fövqaladə və səlahiyyətli səfiri Patrisiya Floru qəbul edib.
Görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətləri və onların inkişaf perspektivlərini müzakirə ediblər. Bu barədə XİN-dən Trend -a bildiriblər.
Səfir Gürcüstana xoş arzularını və bura gələcəkdə tez-tez gəlmək istədiyini bildirib.
Qriqol Vaşadze Almaniya səfirinin Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirib və Almaniya-Gürcüstan münasibətlərinin inkişafına verdiyi töhfələrə görə minnətdarlığını bildirib.