...

Azərbaycan Daxili İşlər Nazirliyinin yeni inşa edilmiş Atıcılıq Tiri istifadəyə verilib

Siyasət Materials 24 Fevral 2010 15:46 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, bu münasibətlə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə tədbir keçirilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin yeni inşa edilmiş Atıcılıq Tiri istifadəyə verilib

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyinin yeni inşa edilmiş Atıcılıq Tiri istifadəyə verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, bu münasibətlə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə tədbir keçirilib.

Nazir Prezident İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi daimi yüksək diqqət və qayğıdan danışarkən təkcə ötən il onlarla yeni infrastruktur obyektin tikilib istismara verilməsini, lazımi texniki vasitələr və avadanlıqlar alınmasını vurğulayıb.

O qeyd edib ki, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, daxili işlər orqanlarının zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirilir.

Nazir daxili işlər orqanlarının şəxsi heyətinin Atıcılıq Tirinin imkanlarından səmərəli istifadə etməklə öz fiziki hazırlıqlarını daha da artıracaqlarına və bunun cinayətkarlıqla mübarizəyə, ictimai asayişin və təhlükəsizliyin qorunmasına öz müsbət təsirini göstərəcəyinə əminliyini bildirib.

Atıcılıq Tirinin tikintisinə ötən ilin yanvar ayında başlanılıb və cari ilin yanvarında başa çatdırılıb. Bir hektar ərazidə inşa edilmiş yeni kompleksin ümumi sahəsi 3340,8 kvadratmetr təşkil edir ki, onun da 672 kvadratmetri inzibati blokdan, 1416 kvadratmetri 12 cığırlı 50 metrlik qapalı tirdən, 1252,8 kvadratmetri isə 6 cığırlı 100 metrlik açıq tirdən ibarətdir. Kompleksin tirlərində tapança və avtomat silahlardan atəş üçün hədəf sistemləri, güllətutan metal qurğular, 18 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, gülləkeçirməz şüşə ilə təchiz olunmuş operator otaqları, elektron hədəf və monitorlar, siqnalizasiya, havalandırma və digər zəruri kommunikasiya qurğuları quraşdırılıb. 50 metrlik qapalı tirin divarları, tavan və döşəməsi Avropa istehsalı olan yanmayan müasir izolyasiya materialları ilə üzlənib. İnzibati blokda isə təlim üçün sinif otaqları, 10 metrlik pnevmatik tir və digər zəruri sahələr yaradılaraq lazımi avadanlıqlarla təmin edilib.

Usubov nəqliyyat vasitələrinə dövlət texniki baxışının daha keyfiyyətli aparılması üçün müasir avadanlıq, ölçü cihazları və digər zəruri vasitələrlə təchiz edilmiş yeni 11 xətli Müayinə Mərkəzi ilə də tanış olub. Daxili işlər nazirinə bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və məqsədyönlü qurulması üzrə həyata keçirilən tədbirlər, Mərkəzdə quraşdırılmış texniki avadanlıqların iş prinsipləri və bu zaman nəqliyyat vasitəsi sahiblərinin vaxt itkisinin qarşısının alınması barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti