...

Azərbaycanın müdafiə naziri Fransanın səfirini qəbul edib

Siyasət Materials 25 Fevral 2010 12:19 (UTC +04:00)
Azərbaycan müdafiə naziri bəyan edib ki, işğalçı Ermənistan torpaqlarımızı azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır. Trend News-un məlumatına görə, bunu müdafiə naziri Səfər Əbiyev fevralın 25-də Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerlə görüşündə deyib.
Azərbaycanın müdafiə naziri Fransanın səfirini qəbul edib

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan müdafiə naziri bəyan edib ki, işğalçı Ermənistan torpaqlarımızı azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır. Trend -un məlumatına görə, bunu müdafiə naziri Səfər Əbiyev fevralın 25-də Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerlə görüşündə deyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin mövcud vəziyyətinin müzakirə edildiyi görüşdə müdafiə naziri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi fikirlərini səfirin diqqətinə çatdırıb.

O qeyd edib ki, 15 il ərzində diplomatlar bu problemlə əlaqədar konkret bir nəticə ortaya qoya bilməyiblər.

"Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır", - deyə Əbiyev vurğulayıb.

Görüşdə fransalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini təqdim edib.

Xəbər lenti

Xəbər lenti