...

İlham Əliyev Qəbələdə "Qafqaz Resort" mehmanxanasının yeni korpusunun açılışında iştirak edib

Siyasət Materials 27 Fevral 2010 15:20 (UTC +04:00)
Prezident İlham Əliyev fevralın 27-də Qəbələdə “Qafqaz Resort” mehmanxanasının yeni korpusunun açılışında iştirak edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.
İlham Əliyev Qəbələdə "Qafqaz Resort" mehmanxanasının yeni korpusunun açılışında iştirak edib

Prezident İlham Əliyev fevralın 27-də Qəbələdə "Qafqaz Resort" mehmanxanasının yeni korpusunun açılışında iştirak edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.
 
Bildirildi ki, 6 mərtəbəli yeni korpus 60 otaqdan ibarətdir. Onlardan 36-sı standart, 23-ü lüks, biri isə kral nömrəsidir.

Binada restoran, kafe və bar fəaliyyət göstərir. Korpusda internet xidməti təşkil edilmişdir.

Yeni korpusla yaxından tanış olan Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.

Xəbər lenti

Xəbər lenti