...

Litva Aİ-na inteqrasiya üzrə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır - Seymin birinci vitse-spikeri (FOTO)

Siyasət Materials 3 Mart 2010 11:35 (UTC +04:00)
Litva Avropa İttifaqına inteqrasiya üzrə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Bu sahədə əməkdaşlıq məsələlərini Litva Seyminin birinci vitse-spikeri Raymundas Şukis Bakıda səfərdə olan zaman müzakirə etmək niyyətindədir.
Litva Aİ-na inteqrasiya üzrə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır - Seymin birinci vitse-spikeri (FOTO)

Azərbaycan, Bakı, 3 mart / Trend , müxbir M.Əliyev/

Litva Avropa İttifaqına inteqrasiya üzrə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Bu sahədə əməkdaşlıq məsələlərini Litva Seyminin birinci vitse-spikeri Raymundas Şukis Bakıda səfərdə olan zaman müzakirə etmək niyyətindədir.

Səfərin məqsədi Avropa Komissiyasının layihələri üzrə Aİ-nın üzvü olan Litva ilə təcrübə mübadiləsi və iki ölkənin parlamentləri arasında əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

"Biz qərarların qəbul edilməsində milli parlamentlərə hansı rolun ayrılması və Aİ çərçivəsində qərarların qəbul olunmasına dair Aİ-da mövcud olmaq üzrə təcrübələrimizi bölüşdürməyə hazırıq", - Şukis bildirib.

Xəbər lenti

Xəbər lenti