...

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Leninqrad vilayətinin qubernatoru ilə görüşüb

Siyasət Materials 3 Mart 2010 18:59 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov çərşənbə günü Leninqrad vilayətinin qubernatoru Valeri Serdyukov ilə görüşüb.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Leninqrad vilayətinin qubernatoru ilə görüşüb

Azərbaycan, Bakı, 03 mart / Trend /

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov çərşənbə günü Leninqrad vilayətinin qubernatoru Valeri Serdyukov ilə görüşüb. Bu barədə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun mətbuat xidməti məlumat verib.

Görüş zamanı Azərbaycan Respublikası ilə Leninqrad vilayəti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Leninqrad vilayətinin iqtisadi potensialından söz açan qubernator sənaye müəssisələrində, kənd təsərrüfatı və xidmətlər sahəsində aparılmış islahatların Rusiya regionları ilə müqayisədə müsbət nəticələr göstərdiyini bildirib.

Baş konsul Osmanov Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasətin nəticəsi olaraq Azərbaycanın sürətlə inkişafı və regionda güclü iqtisadiyyata malik olan aparıcı dövlətə çevrildiyi haqqında qubernatora məlumat verib.

Qubernator öz növbəsində bildirib ki, 2005-ci ildə hazırlanmış və tərəflər arasında razılaşdırılmış Azərbaycan Respublikası və Leninqrad vilayəti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında Sazişin imzalanması rəhbərlik tərəfindən gündəmdə saxlanılır və məsələnin həlli istiqamətində bütün imkanlardan istifadə olunacaq.

Böyük Vətən müharibəsi zamanı Leninqradın müdafiəsində həlak olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirmək məqsədi ilə Heydər Əliyev Fondunun rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Sinyavinskiye vısotı" memorialında xatirə daşının açılacağını qeyd edən Osmanov bu işdə göstərilən qayğıya görə Leniqrad vilayətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti