...

Azərbaycan müxalifət bloku Müsavat Partiyası ilə məsləhətləşmələri davam edəcək

Siyasət Materials 4 Mart 2010 12:13 (UTC +04:00)
"Azadlıq" blokunun müraciətimizə müsbət cavab verməməsinə baxmayaraq biz Müsavat Partiyası ilə parlament seçkilərinə hazırlıqla bağlı məsləhətləşmələri keçirəcəyik", - cümə axşamı Trend News-a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.
Azərbaycan müxalifət bloku Müsavat Partiyası ilə məsləhətləşmələri davam edəcək

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan müxalifəti parlament seçkiləri ilə bağlı məsləhətləşmələr keçirəcək.

"Azadlıq" blokunun müraciətimizə müsbət cavab verməməsinə baxmayaraq biz Müsavat Partiyası ilə parlament seçkilərinə hazırlıqla bağlı məsləhətləşmələri keçirəcəyik", - cümə axşamı Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

Trend -un arayışı: Bir neçə müxalifət partiyasının təmsil olunduğu Demokratiya Uğrunda İttifaq (DUİ) bir müddət əvvəl Müsavat Partiyasına və "Azadlıq" blokuna parlament seçkiləri ərəfəsi məsləhətləşmələr keçirilməsi üçün müraciət edib. Müsavat Partiyasının Divanı müraciətə müsbət cavab verib. "Azadlıq" blokunun martın 3-də keçirilən iclasında məsləhətləşmələrdə iştirak etməmək barədə qərar verilib.

Musayevin sözlərinə görə, ittifaqın sədrlər şurasının növbəti yığıncağında məsləhətləşmələrin keçiriləcəyi vaxtla bağlı qərar qəbul oluna bilər. "Biz "Azadlıq" blokunun müraciətimizə müsbət cavab verməməsinə də münasibət bildirəcəyik", - partiya sədri əlavə edib.

"Partiyamızın Divanının məsləhətləşmələrdə iştirak etməklə bağlı qərarı var və biz bu qərara əməl edəcəyik", - cümə axşamı Trend -a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Onun fikrincə, "Azadlıq" blokunun məsləhətləşmələrə Müsavat və Liberal partiyaları arasındakı narazılığa görə qoşulmaqdan imtina etməsi əsassızdır.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti