...

Polşa Baş nazirinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Siyasət Materials 4 Mart 2010 13:31 (UTC +04:00)

Azərbaycan, bakı, 4 mart / Trend , müxbir E.Ostapenko/

Polşa Baş naziri Donald Tusk martın 10-da Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Polşa hökumətinin başçısının mətbuat xidmətindən Trend -a məlumat verilib.

Birgünlük səfər zamanı qarşılıqlı regional fəaliyyət və ikitərəfli zəruri məsələlərin müzakirəsi planlaşdırılır. Gündəlikdə Aİ-nin "Şərq tərəfdaşlıq" proqramı çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri də yer alır. Bu barədə əvvəllər Polşanın Azərbaycandakı səfiri olan Kşiştof Krayevski bildirib.

Baş nazirin Azərbaycana səfərinin Cənubi Qafqaz ölkələri üzrə regional turne çərçivəsində keçməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti