...

Venesiya Komissiyası Azərbaycanın normativ aktları ilə bağlı rəyini bildirəcək

Siyasət Materials 11 Mart 2010 12:01 (UTC +04:00)
Venesiya Komissiyasının 82-ci plenar iclasında Azərbaycanın normativ-hüquqi aktları üzrə qərarın qəbulu gözlənilir. Bu barədə Avropa Şurasının rəsmi məlumatında bildirilir.
Venesiya Komissiyası Azərbaycanın normativ aktları ilə bağlı rəyini bildirəcək

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Y.Ostapenko/

Venesiya Komissiyasının 82-ci plenar iclasında Azərbaycanın normativ-hüquqi aktları üzrə qərarın qəbulu gözlənilir. Bu barədə Avropa Şurasının rəsmi məlumatında bildirilir.

Avropa Şurasının məşvərətçi orqanı olan Venesiya Komissiyasının konstitusiya məsələlərinə həsr olunmuş sessiyası martın 12-13-də Venesiyada keçiriləcək. Komissiya beynəlxalq standartlara əsaslanaraq, Avropa Şurası üzvü olan ölkələrə demokratik cəmiyyətin inkişafı üçün qanunvericilik məsələləri ilə bağlı tövsiyələr verir.

Plenar sessiya iştirakçılarının diqqət mərkəzində Gürcüstanda yerli özünüidarəetmə, toplaşma və nümayiş azadlığı, Мoldovanın seçki sistemi, Türkiyədə dini icmaların statusu olacaq.

Xəbər lenti

Xəbər lenti