...

Azərbaycan sərhədçiləri axtarışda olan 63 nəfəri saxlayıb

Siyasət Materials 11 Mart 2010 16:17 (UTC +04:00)
Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 63 nəfəri saxlayıb.
Azərbaycan sərhədçiləri axtarışda olan 63 nəfəri saxlayıb

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 63 nəfəri saxlayıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.

Fevral ayı ərzində 26 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 46 nəfər saxlanılıb.

Saxlanılan 46 sərhəd pozucusundan 19-u Azərbaycan, 10-u Banqladeş, 9-u İran İslam Respublikası, 3-ü Pakistan, 2-si Gürcüstan və Əfqanıstan, 1-i isə Niderland vətəndaşıdır.

Ötən ay sərhədçilər qanunsuz dövriyyədən 10 kiloqram 675 qram narkotik maddə  çıxarıb.

Xəbər lenti

Xəbər lenti