...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində səylə işləməyi davam etdirmək niyyətindədir – səfirlik

Siyasət Materials 16 Mart 2010 16:18 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində səylə işləməyi davam etdirmək niyyətindədir. Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson çərşənbə axşamı jurnalistlərə deyib.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində səylə işləməyi davam etdirmək niyyətindədir – səfirlik

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir V.Javoronkova/

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində səylə işləməyi davam etdirmək niyyətindədir. Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson çərşənbə axşamı jurnalistlərə deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə yanaşı, insan hüquqlarının mükəmməlləşdirilməsi üzərində də Azərbaycan hökuməti ilə işləyir.

"Biz insan hüquqları məsələsini mütəmadi olaraq Azərbaycan hökuməti ilə müzakirə edirik. Bu, inkişaf etdirilməsi məqsədilə birgə işlədiyimiz sahədir", - Devidson deyib.

Xəbər lenti

Xəbər lenti