...

Azərbaycan Prezidenti Bakı buxtasında tikilən quru yük limanı məntəqəsinin açılışında iştirak edib

Siyasət Materials 16 Mart 2010 19:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakı buxtasında tikilən quru yük limanı məntəqəsinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti Bakı buxtasında tikilən quru yük limanı məntəqəsinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakı buxtasında tikilən quru yük limanı məntəqəsinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı açılışı bildirən qırmızı lenti kəsib.

Prezident İlham Əliyev əvvəlcə məntəqənin inzibati binasında yaradılmış şəraitlə tanış olub.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş guşə yaradılıb, ümummilli liderin büstü qoyulub.

Məlumat verilib ki, tikintiyə 2008-ci ilin may ayında başlanıb. Layihəyə Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq dövlət büdcəsindən vəsait ayrılıb. Liman məntəqəsindən yalnız quru yüklər daşınacaq. Bu obyektin tikintisində başlıca məqsəd ekologiyanı sağlamlaşdırmaqdan, sənaye müəssisələrini paytaxtın mərkəzindən kənara köçürməkdən və respublikamızdan yükdaşımaların həcmini artırmaqdan ibarətdir.

Ərazidə quru yüklərin boşaldılması üçün bir neçə körpü və anbarlar da tikilib. Dövlətimizin başçısı anbara da baxıb.

Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti