...

Azərbaycan Parlamentinin deputatı Dağlıq Qarabağa həsr olunan tədbirdə iştirak edəcək

Siyasət Materials 19 Mart 2010 17:45 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı Dağlıq Qarabağa həsr olunan dəyirmi masada iştirak etmək üçün martın 25-də Belçikaya səfərə gedəcək.
Azərbaycan Parlamentinin deputatı Dağlıq Qarabağa həsr olunan tədbirdə iştirak edəcək

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı Dağlıq Qarabağa həsr olunan dəyirmi masada iştirak etmək üçün martın 25-də Belçikaya səfərə gedəcək.

"Deputat Asim Mollazadə "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik, Dağlıq Qarabağ və uğurlu həll yollarının axtarılması və ya uğursuzluq" mövzusuna həsr edilən dəyirmi masada iştirak etmək üçün martın 25-də Belçikanın paytaxtı Brüsselə gedəcək", - cümə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Avropa Siyasəti Mərkəzi tərəfindən həyata keçiriləcək tədbirdə Cənubi Qafqaz ərazisindəki münaqişələrin aradan qaldırılması, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bölgədə sülh və sabitliyin bərpası və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti