...

Azərbaycanda Rusiya ilə sərhədlərin delimitasiyası müzakirə ediləcək- Dövlət komitəsinin rəhbəri

Siyasət Materials 20 Mart 2010 17:50 (UTC +04:00)
Aprelin ayının ortalarında Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası üzrə məsələlərin razılaşdırılması üçün Rusiya komissiyasının səfəri gözlənilir.Bu barədə şənbə günü Azərbaycanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədov jurnalistlərə bildirib.
Azərbaycanda Rusiya ilə sərhədlərin delimitasiyası müzakirə ediləcək- Dövlət komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 20mart/ Trend müxbir M.Əliyeva

Aprelin ayının ortalarında Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası üzrə məsələlərin razılaşdırılması üçün Rusiya komissiyasının səfəri gözlənilir.Bu barədə şənbə günü Azərbaycanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədov jurnalistlərə bildirib.

Azərbaycan və Rusiya arasında üç sahə hələ də razılaşdırılmayıb.

Məmmədovun sözlərinə əsasən, hazırda komissiya səviyyəsində müzakirələr və ekspertlər səviyyəsində işlər aparılır.

Məmmədov bildirib ki, Azərbaycanın Gürcüstan ilə sərhədlərinin delimitasiyasına gəldikdə isə Azərbaycanın ekspert qrupu Gürcüstanlı həmkarları ilə birlikdə mübahisəli ərazilərə baş çəkiblər. "Biz həm xəritəçəkmə üzrə materiallar hazırlamışıq",- bu barədə XTDK rəhbəri bildirib və qeyd edib ki, yaxın günlərdə Gürcüstan komissiyasının səfəri gözlənilir.

Gürcüstan- Azərbaycan sərhədinin uzunluğu 480 kilometr təşkil edir, tərəflərin bəyanatına əsasən, sərhədin əsas hissəsi razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti