Latviya Azərbaycanlılarının "Ocaq" Mədəniyyət mərkəzində Novruz Bayramına həsr edilmiş təntənəli tədbir keçirilmişdir. Bu barədə Trend -a Azərbaycanın Latviyadakı səfirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Novruz Bayramı ilə əlaqədar Azərbaycan xalqına təbriki səsləndirilmişdir.
Tədbirdə Azərbaycan diasporasının nümayəndələri və Latviyadan dəvət olunmuş qonaqlar Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin əməkdaşları və ailə üzvləri, iştirak etmişlər.
Tədbir musiqi sədaları altında, azərbaycanlı soydaşlarımız tərəfindən təşkil edilmiş milli mətbəx nümunələrindən ibarət bayram süfrəsi ətrafında bayram oyunları, rəqslər və digər şən əyləncələrlə davam etmişdir.
Azərbaycanın Latviyadakı səfirliyində Novruz Bayramı qeyd olunub
Latviya Azərbaycanlılarının “Ocaq” Mədəniyyət mərkəzində Novruz Bayramına həsr edilmiş təntənəli tədbir keçirilmişdir. Bu barədə Trend News-a Azərbaycanın Latviyadakı səfirliyindən məlumat verilib.
