...

Gürcüstanda Qonio hərbi poliqonunda səhvən açılan atəş nəticəsində kapral həlak olub

Siyasət Materials 24 Mart 2010 11:59 (UTC +04:00)
Xüsusi təyinatlıların kapralı Soso Jvaniya Qonio hərbi poliqonundakı təlimlər zamanı səhvən açılan atəş nəticəsində ağır yaralanıb.
Gürcüstanda Qonio hərbi poliqonunda səhvən açılan atəş nəticəsində kapral həlak olub

Gürcüstan, Tbilisi, 24 mart / Trend , müxbir N.Kirsxaliya/

Xüsusi təyinatlıların kapralı Soso Jvaniya Qonio hərbi poliqonundakı təlimlər zamanı səhvən açılan atəş nəticəsində ağır yaralanıb.

Hərbçi təcili olaraq Batumi xəstəxanasına çatdırılıb. Onu əməliyyat etsələr də, həyatını xilas etmək mümkün olmayıb. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən Trend -a deyilib.

Həlak olmuş hərbçinin cəsədi ailəsinin yaşadığı Zuqdidiyə göndərilib.

Hərbi poliqonda baş vermiş hadisəni hərbi polis araşdırır. Hərbçilərdən biri saxlanılıb.

Gürcüstanın Müdafiə Nazirliyi həlak olmuş hərbçinin ailəsinə başsağlığı verib.

Xəbər lenti

Xəbər lenti