...

Rusiyanın Azərbaycandakı Səfirliyi dəstəyə görə ölkəyə təşəkkürünü bildirib

Siyasət Materials 2 Aprel 2010 11:07 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı Səfirliyi martın 29-da Moskvada baş vermiş terror aktları ilə əlaqədar göstərilən dəstəyə görə Azərbaycan tərəfinə və bütün vətəndaşlara təşəkkürünü bildirib. Bu barədə diplomatik nümayəndəliyin press-relizində bildirilir.
Rusiyanın Azərbaycandakı Səfirliyi dəstəyə görə ölkəyə təşəkkürünü bildirib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiyanın Azərbaycandakı Səfirliyi martın 29-da Moskvada baş vermiş terror aktları ilə əlaqədar göstərilən dəstəyə görə Azərbaycan tərəfinə və bütün vətəndaşlara təşəkkürünü bildirib. Bu barədə diplomatik nümayəndəliyin press-relizində bildirilir.

Rusiyanın Azərbaycandakı Səfirilyi martın 29-da Moskva metropolitenində baş vermiş dəhşətli terror aktları ilə bağlı Rusiya xalqına dəstək olan Milli Məclisin deputatlarına, hakimiyyət nümayəndələrinə, Bakıdakı diplomatik missiyaların və beynəlxalq təşkilatların təmsilçilərinə, siyasi partiyaların və ictimai hərəkatların, elm və gənclər birliklərinin, ali məktəblərin rəhbərlərinə, Rusiya həmvətənləri təşkilatına və Azərbaycanın ayrı-ayrı vətəndaşlarına səmimi minnətdarlığını bildirir, - press-relizdə deyilir.

Martın 29-da Moskva metrosunun "Park kulturı" və "Lubyanka" stansiyalarında törədilmiş terror aktları nəticəsində 39 nəfər həlak olub, 95 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti