...

Azərbaycanda qaçqınların və məcburi köçkünlərin statusu haqqında qanuna dəyişiklik edilib

Siyasət Materials 2 Aprel 2010 17:17 (UTC +04:00)
Azərbaycan Parlamentinin cümə günü keçirilən iclasında "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna dəyişiklik qəbul edilib.
Azərbaycanda qaçqınların və məcburi köçkünlərin statusu haqqında qanuna dəyişiklik edilib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin cümə günü keçirilən iclasında "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna dəyişiklik qəbul edilib.

"Dəyişikliyə görə, qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə qaçqınların stausu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycanın hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir", - Trend-in məlumatına görə, cümə günü Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Quliyevin sözlərinə görə, müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini təsdiq edən və ona Azərbaycan ərazisində qanuni qalmaq hüququ verən sənəddir.

Qanunun 12-ci maddəsinin əvvəlki variantında isə qaçqın statusu almış şəxsə və onun 16 yaşına çatmış ailə üzvlərinə müəyyənləşdirilmiş nümunədə qaçqın vəsiqəsi verilməsi nəzərdə tutulurdu.

Komitə sədrinin müavini deyib ki, qaçqın və ya məcburi köçkün stausu haqqında qərarı Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.

Xəbər lenti

Xəbər lenti