Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir S.Ağayeva/
Çexiya Baş nazirinin müavini və xarici işlər naziri Yan Kohout Bakıda Çexiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcək. Çexiyanın xarici işlər nazirinin səfəri mayın ortalarında gözlənilir. Bu barədə bazar ertəsi Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə Praqadan telefon vasitəsilə Trend-ə bildirib.
Azərbaycan tərəfi ilə danışıqlarda əsas diqqət həm ikitərəfli, həm də beynəlxalq səviyyədə iki ölkə əməkdaşlığının inkişafı məsələlərinə yönələcək.
Kohout azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq, ölkə hökuməti və parlamentində görüşlər keçirəcək.