Gürcüstan, Tbilisi, 7 aprel /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidenti Mixail Saakaşvili və Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle çərşənbə günü Tbilisidə Azadlıq meydanında "Avropa evi"nin ofisini açacaq.
"Avropa evi" Gürcüstanda 2009-cu ildən fəaliyyət göstərir. Bu, Avropa mədəniyyətinin Gürcüstanda və Gürcüstan mədəniyyətinin Avropada yayılmasına xidmət edən tamamilə müstəqil təşkilatdır.
"Avropa evi"ni sabiq Çexiya Prezidenti Vatslav Qavel, məşhur britaniyalı yazıçı və tarixçi Timoti Qarton Eş, İspaniyanın sabiq xarici işlər naziri Anna Palosio və başqaları dəstəkləyir. Ofisin açılış mərasimində Vatslav Qavelanın iştirakı gözlənilirdi, lakin səhhətinin pisləşməsi səbəbindən o,Tbilisiyə gələ bilməyib.