...

İlham Əliyev Mavritaniyanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 8 Aprel 2010 20:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Mavritaniyanın xarici işlər naziri Naha Mint Muknasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Mavritaniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Mavritaniyanın xarici işlər naziri Naha Mint Muknasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ölkələrimiz arasında belə yüksək səviyyəli səfərlərin ilk dəfə həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev bundan sonra qarşılıqlı səfərlərin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Səfərin əlaqələrimizin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd edən dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin bundan sonra sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Xarici işlər naziri xanım Naha Mint Muknas Mavritaniya İslam Respublikası Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirməkdə çox maraqlı olduğunu bildirib. Xanım Naha Mint Muknas Azərbaycana səfəri zamanı ölkəmizdə gedən böyük inkişafın şahidi olduğunu, sabitlik və əmin-amanlığın onda xoş təəssürat yaratdığını deyib.

Dövlətimizin başçısı Mavritaniya İslam Respublikası Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Mavritaniya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti