Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın prokurorluq sistemində kadr dəyişikliyi olub.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cümə günü Trend-ə bildirib ki, müvafiq əmrlərlə Baş Prokurorluğun strukturunda yeni yaradılmış Hüquqi təminat və informasiya idarəsinin rəis əvəzi Natiq Hüseynov həmin idarənin rəisi, baş prokurorun köməkçisi Hafiz Babayev Goranboy rayon prokuroru, Goranboy rayon prokurorunun müavini Rafayıl Zeynalov Füzuli rayon prokuroru və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Fuad Məmmədov isə Göyçay rayon prokuroru vəzifələrinə təyin ediliblər.