...

AŞ PA sədrinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 10 Aprel 2010 10:33 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu aprelin 13-16-da ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edəcək. Bu barədə AŞ-nin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
AŞ PA sədrinin Azərbaycana səfər proqramı açıqlanıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir R.Dərəxşan/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu aprelin 13-16-da ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edəcək. Bu barədə AŞ-nin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Çavuşoğlu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, Milli Məclisin spikeri Oqtay Əsədovla, xarici işlər naziri Elmar Məmmədyarovla, eləcə də parlamentdə təmsil olunan və təmsil olunmayan siyasi partiyaların nümayındələri ilə görüşlər keçirməyi planlaşdırır.

O, həmçinin AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməli və Azərbaycan Dillər Universitetində çıxış etməlidir. Çavuşoğlu aprelin 15-də ölkənin ikinci böyük şəhəri Gəncəyə gələcək və burada yerli hakimiyyət nümayəndələri ilə görüşəcək.

AŞ PA sədri aprelin 14-də Avropa Şurasının Bakı ofisində (İçərişəhər, Böyük qala küç., 39-41) saat 07:30-dan 07:45-dək qısamüddətli mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti