...

Bakıda İkinci Dünya müharibəsi dövründə nasistlər tərəfindən qətlə yetirilmiş yəhudilərin xatirəsi yad olunub

Siyasət Materials 12 Aprel 2010 06:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan paytaxtında bazar günü İkinci Dünya müharibəsi dövründə nasistlər tərəfindən qətlə yetirilmiş altı milyon yəhudinin xatirəsi yad olunub.

"Gənc nəslinə 70 illik tarixi olan hadisələri yadda saxlamaq və bu hadisələr barədə başqalarına danışmağı öyrətmək lazımdır", İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem Bakıda Yəhudi icmasının evində keçirilən tədbirdə bildirib.

"Bu gün Azərbaycanda olmaq mənin üçün xüsüsən vacibdir, çünki bu torpaqda yəhudilərin qanı heç vaxt tökülməyib", o deyib.

1943-cü il 19 aprel (yəhudi təqvimi ilə nisan ayının 27-si) alman qoşunları Varşavanın yəhudi gettosunu və onun sakinlərini məhv etməyə başlayıb. O dövrdən nisan ayının 27-si (bu il bu tarix 11 aprelə düşür) İsraildə Holokost qurbanlarının xatirə günü kimi qeyd olunur.

İsrailin Azərbaycandakı konsulu Şlomo Ben Tsvi qeyd edib ki, faciəvi hadisələrin səbəbi Almaniyanın o vaxtkı rəhbərliyinin dözülməzliyi olub.

Xəbər lenti

Xəbər lenti