...

İranın Gürcüstandakı yeni səfiri etimadnaməsinin surətini təqdim edib

Siyasət Materials 12 Aprel 2010 17:49 (UTC +04:00)
İran İslam Respublikasının Gürcüstandakı yeni fövqəladə və səlahiyyətli səfiri Məcid Səmədzadə etimadnaməsinin surətini Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandova təqdim edib.
İranın Gürcüstandakı yeni səfiri etimadnaməsinin surətini təqdim edib

Gürcüstan, Tbilisi, 12 aprel /Trend, müxbir N.Kirsxaliya/

İran İslam Respublikasının Gürcüstandakı yeni fövqəladə və səlahiyyətli səfiri Məcid Səmədzadə etimadnaməsinin surətini Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandova təqdim edib.

Gürcüstan XİN-dən Trend-ə bildirildiyi kimi, rəsmi mərasimdən sonra xarici işlər nazirinin müavini ilə İranın yeni səfiri arasında görüş keçirilib.

Tərəflər ölkələr arasındakı ikitərəfli əlaqələri və bu əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti