Azərbaycan, Bakı, 19 aprel /Trend, muxbir M.Əliyev/ İslandiyadakı vulkan püskürməsi və bununla əlaqədar Avropa hava limanlarında təyyarələrin uçuşlarına qoyulan qadağalara görə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyevin 19-25 aprel tarixlərində Böyük Britaniya və Almaniyaya planlaşdırımış səfəri təxirə salınıb. Bu barədə bazar ertəsi mərkəzin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, ediləcək səfərin tarixi dəqiqləşdiyi zaman bu haqda media numayəndələrinə məlumat veriləcək.