...

Gürcüstanın xarici işlər naziri BMT Baş Assambleyasının sədri ilə görüşəcək

Siyasət Materials 19 Aprel 2010 16:54 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ABŞ-a səfəri çərçivəsində bazar günü BMT Baş Assambleyasının sədri Əli Triki ilə görüşəcək.
Gürcüstanın xarici işlər naziri BMT Baş Assambleyasının sədri ilə görüşəcək

Gürcüstan, Tbilisi, 19 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ABŞ-a səfəri çərçivəsində bazar günü BMT Baş Assambleyasının sədri Əli Triki ilə görüşəcək.

Gürcüstan XİN-in məlumatına görə, aprelin 14-16-da Vaşadze Nyu Yorkda bir sıra görüşlər keçirib. Gürcüstan nümayəndə heyəti Avstraliya, ABŞ, Yeni Zelandiya, Almaniya, Böyük Britaniya, Həbəşistan, İspaniya, Hindistan, Kolumbiya, Kosta-Rika, Pakistan, Paraqvay, Peru, Fransa və Çilinin BMT-dəki Daimi Nümayəndəliklərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Vaşadze həmçinin Afrika Birliyi, Avropa İttifaqı, Karib hövzəsi ölkələri, GUAM və Ərəb Ölkələri Liqasının nümayəndələri ilə görüşüb.

Xarici işlər naziri BMT-nin baş katibi Pan Gi Mun və BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı ofisinin direktoru Udo Yans ilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti