...

Azərbaycanın müxalifət partiyası deputatlığa namizədlərin ilkin siyahısını müəyyənləşdirib

Siyasət Materials 19 Aprel 2010 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın yeni yaranan müxalifət partiyası parlament seçkilərində irəli sürüləcək 30-a yaxın namizədlə bağlı ilkin qərar qəbul edib.

"Partiyamızın 40-a yaxın üzvü deputatlığa namizəd olmaq niyyətindədir. Biz daha şanslı üzvlərimizin parlament seçkilərində iştirakının tərəfdarıyıq", - bazar ertəsi Trend-ə Aydınlar Partiyası sədrinin müavini Qadir İbrahimli bildirib.

Trend-in arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

İbrahimlinin sözlərinə görə, partiya rəhbərliyində təmsil olunanların hamısı namizədliklərini irəli sürmək niyyətindədir. "Sədr Qulamhüseyn Əlibəyli namizədliyini ya Masallı rayonundakı, ya da Bakıdakı seçki dairələrindən birindən irəli sürəcək. Mən Lənkəran rayonundakı dairələrin birindən deputatlığa namizəd olmağı düşünürəm. Digər müavin Qorxmaz İbrahimli də Bakının hansısa bir rayonundan namizəd olacaq", - partiya funksioneri əlavə edib.

Onun fikrincə, təşkilati məsələlər üzrə sədr müavini Xanoğlan Əhmədov Yardımlı, Ali Məclisin sədri Nizami Quliyev isə Gədəbəy rayonlarından namizədliklərini irəli sürməlidirlər. "Bu, son qərar deyil. Partiya daxilində müzakirələr davam edir. İlkin siyahıda və namizədlərimizin irəli sürüləcəyi dairələrlə bağlı müəyyən dəyişikliklər ola bilər", - İbrahimli vurğulayıb.

Aydınlar Partiyasının təsis qurultayı 2008-ci il dekabrın 14-də keçirilib. Qulamhüseyn Əlibəyli partiyanın sədri seçilib.

Qulamhüseyn Əlibəyli 1992-1993-cü ildə eks-prezident Elçibəyin müşaviri və parlamentdə rəsmi nümayəndəsi olub. 1995-ci ildən 2005-ci ilədək iki dəfə dalbadal Milli Məclisin deputatı olub. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. O, 1989-cu ildən AXC-nin üzvü, 1993-cü ildən isə АХCP-nin Ali Məclisinin sədri idi. Аvqustun əvvəllərində АХCP Аli Məclisinin sədri vəzifəsindən istеfа vеrib, sеntyаbrın ахırındа yеni Аydınlаr Pаrtiyаsı yаrаdаcаğı məlum оlub. АХCP üzvü Nizаmi Quliyеv də pаrtiyаdаn istеfа vеrərəк Аydınlаr Pаrtiyаsının sırаlаrınа qоşulub.

Xəbər lenti

Xəbər lenti