Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Hüseynli/
Planlaşdırılan Azərbaycan-ABŞ növbəti hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Eldar Sabiroğlu Trend-ə bildirib.
O, bu məsələyə dair əlavə məlumatın olmadığını bildirərək, onun səbəbləri barədə məlumat verməyib.