...

Azərbaycan Prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib

Siyasət Materials 19 Aprel 2010 20:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub, ölkələrimiz arasında birliyin və əməkdaşlığın gücləndirilməsinin zəruriliyi bir daha vurğulanıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan əlaqələri barədə məlumat verib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyət haqqında danışıb.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti