...

Hazırda Azərbaycanın beynəlxalq münasibətlərdə rolu mühüm olaraq qalır - baş konsul

Siyasət Materials 3 May 2010 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.Tarıverdiyeva/

Hazırda Azərbaycanın beynəlxalq münasibətlərdə rolu mühüm olaraq qalır. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov cümə günü Montana ştatının Energetika Universitetində söylədiyi mühazirəsində bildirib. Məlumatı "Bozeman Daily" qəzeti yazır.

"Deyirlər ki, İkinci Dünya müharibəsi zamanı Hitlerə ad günündə üzərində xəritə təsvir olunmuş tort hədiyyə verilib. Ondan soruşanda ki, tortun hansı hissəsini istəyir, o, Azərbaycanı göstərib", - Süleymanov deyib.

Onun sözlərinə görə, ABŞ-ın Mərkəzi Asiyada mövqeyi son illər ölkənin həyata keçirdiyi siyasət nəticəsində ciddi şəkildə zəifləyib. "Prezident Obama qızğın nitq söyləyir, lakin həmin nitqlərdən sonra heç nə etmir", - tələbələr, professorlar və ictimayyət nümayəndələrindən ibarət qrup qarşısında çıxış edən Süleymanov bildirib.

"Rusiya liderləri isə əksinə, "heç nə demədən edirlər", - baş konsul belə hesab edir. "Əslində onlar danışmaqda yaxşı deyillər, lakin onlar nə etməli olduqlarını edirlər".

Səfər çərçivəsində Süleymanov Bozman şəhərində Mərkəzi Asiya və Qara dəniz hövzəsi dövlətlərinin qarşısında duran məsələləri öyrənən tələbələrlə görüşüb.

Süleymanov ABŞ-ın regionda siyasətinə narazılığını bildirib, sözü gedən regionda indiyə kimi Azərbaycanın 20 faiz ərazilərini işğal edən Ermənistan ilə Azərbaycan arasındakı 20 illik münaqişə həll edilməyib.

Süleymanov tələbələrlə görüşdən sonra qısa müsahibəsində bildirib ki, ABŞ Klinton administrasiyası dövründə regionda "hər şeydən xəbərdar" görüşlərə malik idi, Buş və Obamanın dövründə isə Birləşmiş Ştatlar öz xarici siyasətini simvolizm üzərində qurur.

"Buş administrasiyası Gürcüstandakı "qızılgül inqilabı" kimi regionda demokratik islahatlara meyilli olub", - Süleymanov hesab edir.

Onun sözlərinə görə, indi Obama administrasiyasının əsas gücü "nə olursa olsun" Türkiyə-Ermənistan münasibətlərində gərginliyi zəiflətməyə yönəlib.

"Klinton dövründə biz bilirdik ki, ABŞ regionda uzunsürən dövrə malikdir. Əgər ABŞ-ın regionda siyasət dövrü uzadılmasa, Amerikanın nüfuzu və regiondan xeyir götürmək qabiliyyəti zəifləyəcək", - Süleymanov bildirib.

Xəbər lenti

Xəbər lenti