...

Mixail Saakaşvili üçhəftəlik səfərdən sonra Gürcüstana qayıdacaq

Siyasət Materials 3 May 2010 17:09 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili bu gün vətəninə dönəcək. Bu barədə bazar ertəsi keçirilən ənənəvi brifinqdə xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.
Mixail Saakaşvili üçhəftəlik səfərdən sonra Gürcüstana qayıdacaq

Gürcüstan, Tbilisi, 3 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili bu gün vətəninə dönəcək. Bu barədə bazar ertəsi keçirilən ənənəvi brifinqdə xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.

Onun sözlərinə görə, Gürcüstan nümayəndə heyətinin ABŞ-a səfərinin rəsmi hissəsi artıq başa çatıb. Nümayəndə heyəti Birləşmiş Ştatları tərk edib və bu gün Tbilisiyə qayıdacaq.

Kalandadze deyib ki, XİN Prezidentin səfərlərini planlaşdırmaqda davam edir. Ötən həftə dövlət başçısının əlavə səfərləri planlaşdırılıb.

Mixail Saakaşvili aprelin 10-dan ABŞ-da səfərdə olub. Aprelin 17-də isə səfərini yarımçıq qoyaraq mərhum prezident Lex Kaçinskinin dəfnində iştirak etmək Polşaya yola düşüb.

Xəbər lenti

Xəbər lenti