...

Ermənistanda türk bayrağının yandırılması ilə əlaqədar Türkiyədə etiraz aksiyası keçiriləcək

Siyasət Materials 3 May 2010 15:43 (UTC +04:00)
Yerevanda türk bayrağının yandırılmasına etiraz əlaməti olaraq Türkiyə-Ermənistan sərhədində aksiya keçiriləcək.
Ermənistanda türk bayrağının yandırılması ilə əlaqədar Türkiyədə etiraz aksiyası keçiriləcək

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir Ü.Sadıxova/

Yerevanda türk bayrağının yandırılmasına etiraz əlaməti olaraq Türkiyə-Ermənistan sərhədində aksiya keçiriləcək. Bu barədə Trend-ə İğdır şəhər bələdiyyəsindən məlumat verilib.

Aprelin 24-də Ermənistan paytaxtında nümayişçilər Ankaranın "erməni soyqırımı"nı tanımaqdan imtina etməsinə etiraz əlaməti olaraq Türkiyə bayrağını yandırıblar.

Türk bayrağının məhv edilməsi Türkiyədə qəzəblə qarşılanıb.

Etiraz aksiyası mayın 8-də günün ikinci yarısında başlayacaq və "Öz bayrağını müdafiə et!" şüarı altında keçiriləcək. Aksiyada şəhid ailələri və veteran təşkilatları, eləcə də digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti