...

Azərbaycanın Turkiyədəki baş konsulu dəyişdirilib

Siyasət Materials 4 May 2010 02:36 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Həsən Sultan oğlu Zeynalov Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, məlumati AzərTaj dövlət informasiya agentliyi yayıb.
Azərbaycanın Turkiyədəki baş konsulu dəyişdirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Həsən Sultan oğlu Zeynalov Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, məlumati AzərTAc dövlət informasiya agentliyi yayıb.

Başqa sərəncama əsasən ölkə başçısı, Səyyad Adil oğlu Salahlını Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.

İlahm Əliyevin daha bir sərəncamına əsasən, Həsən Sultan oğlu Zeynalov Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti