...

Azərbaycan Daxili İşlər Nazirliyində Qələbənin 65-ci ildönümü qeyd olunub

Siyasət Materials 8 May 2010 13:36 (UTC +04:00)
Mayın 8-də Daxili İşlər Nazirliyində faşizm üzərində Qələbənin 65-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib, - məlumatı şənbə günü nazirliyin mətbuat xidməti yayıb.
Azərbaycan Daxili İşlər Nazirliyində Qələbənin 65-ci ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir K.Zərbalıyeva/

Mayın 8-də Daxili İşlər Nazirliyində faşizm üzərində Qələbənin 65-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib, - məlumatı şənbə günü nazirliyin mətbuat xidməti yayıb.

Mərasimi giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bütün tərəqqipərvər bəşəriyyətin faşizm üzərində Qələbənin 65-ci ildönümünü böyük təntənə ilə qeyd etdiyini bildirib. Yaxın keçmişimizə nəzər salan nazir məhz Ulu Öndərimiz Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra, faşizm üzərində Qələbənin təntənəli şəkildə qeyd edildiyini, cəmiyyətin ən dəyərli üzvləri kimi veteranlarımıza diqqət və qayğının artırıldığını, 9 May - Qələbə Bayramının müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil olunduğunu məmnunluqla vurğulayıb.

Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentmiz cənab İlham Əliyevin də Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğını nəzərə çatdıran cənab Ramil Usubov, DİN rəhbərliyinin bu kateqoriyadan olanların ehtiyacları ilə hər zaman daim maraqlandığını, problemlərinin həllinə yardımçı olmağa çalışdığını, Ulu Öndərimizin əsasını qoyduğu bu siyasətin davamlı olacağını bildirib.

Onun təklifi ilə faşizm üzərində tarixi qələbə naminə canlarından keçmiş soydaşlarımızın, həmçinin, sonrakı illərdə vəfat etmiş müharibə veteranlarının və Ulu Öndərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Usubov deyib ki, "Ulu Öndərimizin "1941-1945-ci illər Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifəsidir", - sözləri xalqımızın Qələbənin qazanılmasında rəşadətli roluna verilən yüksək qiymətdir. 

Nazir Ali Baş Komandan, Prezident İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunmuş daxili işlər orqanlarının qarşıya qoyulmuş bütün məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə, dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti