...

Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri İsraildə xəstəxanaya yatırılıb

Siyasət Materials 8 May 2010 17:57 (UTC +04:00)
Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri, İsraildə səfərdə olan Semyon İxiilov, ölkənin klinikalarından birində yatırılıb.
Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri İsraildə xəstəxanaya yatırılıb

Azərbaycan, Bakı, 8 may /Trend müxbir Ü. Sadıxova/

Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri, İsraildə səfərdə olan Semyon İxiilov, ölkənin klinikalarından birində yatırılıb.

"Səfər zamanı İxiilov özünü pis hiss edib və təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini stabil kimi qiymətləndirir", - Azərbaycanda yaşayan Avropa Yəhudiləri İcmasının rəhbəri Gennadi Zelmanoviç Trend-ə bildirib. İxiilov "Regional münaqişələr və KİV" konfransında və İsrailin Hader şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adına parkda abidə lövhəsinin qoyulmasında iştirak edən Bakıdan olan nümayəndə heyətinin tərkibində iştirak edib.

Xəbər lenti

Xəbər lenti