...

Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 May 2010 13:21 (UTC +04:00)
Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümüdür.
Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: dördüncü abzasdan sonra AzərTAc Dövlət İnformasiya Agentliyinin məlumatı əlavə olunub

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin doğum günündə onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlib.

Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümüdür.

Ümummilli liderimizin ad günü - mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar.

Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər və gül dəstələri qoyublar.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti