...

Kür çayı ərazisində uçmuş bəndlərin tam bərpası iki-üç günə başa çatacaq - Azərbaycanın fövqəladə hallar naziri

Siyasət Materials 10 May 2010 11:39 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri bildirib ki, Kür çayının bəzi yerlərində suyun səviyyəsinin 1 metrə qədər azalması müşahidə olunur.
Kür çayı ərazisində uçmuş bəndlərin tam bərpası iki-üç günə başa çatacaq - Azərbaycanın fövqəladə hallar naziri

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın fövqəladə hallar naziri bildirib ki, Kür çayının bəzi yerlərində suyun səviyyəsinin 1 metrə qədər azalması müşahidə olunur.

"Artıq böhranlı vəziyyətdən çıxmışıq. Hazırda uçulmuş bəndlərin bərpası işi gedir. İki-üç günə bəndlərin tam bərpası başa çatacaq", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan cıxması səbəbindən qırx rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Nazirin sözlərinə görə, köçürülmüş 9 kəndin əhalisinin normal vəziyyətdə yaşaması üçün lazımi tədbirlər görülüb.

Heydərov baş vermiş hadisəni təbii fəlakət adlandırıb.

Xəbər lenti

Xəbər lenti