...

Sumqayıtlılar Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər

Siyasət Materials 11 May 2010 12:07 (UTC +04:00)
Mayın 10-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyəti Ulu Öndərin Sumqayıt şəhərində ucaldılmış abidəsini ziyarət edərək, abidənin önünə tər çiçəklər düzüblər, xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Sumqayıtlılar Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər

Azərbaycan, Bakı, 11 may /Trend/ Sumqayıtlılar Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Sumqayıt şəhərində ümumşəhər tədbiri keçirilib.

Mayın 10-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyəti Ulu Öndərin Sumqayıt şəhərində ucaldılmış abidəsini ziyarət edərək, abidənin önünə tər çiçəklər düzüblər, xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Ulu Öndərin abidə kompleksi önündə şəhər ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev dahi rəhbərin həyatı, siyasi-ictimai fəaliyyəti, onun Sumqayıt şəhərinə xüsusi qayğısı barədə sakinlərə ətraflı məlumat verib.

Ulu Öndərin abidəsinin yaxınlığında qoyulmuş monitorda Ümummilli Lider Heydər Əliyevin çoxillik fəaliyyətini və Sumqayıta çoxsaylı səfərlərini, sumqayıtlılarla görüşlərini əks etdirən kadrlar nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti