...

Azərbaycanın xarici işlər naziri Tacikistana səfər edəcək

Siyasət Materials 11 May 2010 19:55 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 18-20-də Düşənbədə keçiriləcək İslam Konfransı Təşkilatına (İKT) üzv olan dövlətlərin XİN rəhbərləri Şurasının 37-ci sessiyasında iştirak edəcək.
Azərbaycanın xarici işlər naziri Tacikistana səfər edəcək

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 18-20-də Düşənbədə keçiriləcək İslam Konfransı Təşkilatına (İKT) üzv olan dövlətlərin XİN rəhbərləri Şurasının 37-ci sessiyasında iştirak edəcək. Bu barədə Trend-ə çərşənbə axşamı XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.

İslam Konfransı Təşkilatı XİN rəhbərləri Şurasının 37-ci sessiyasının Düşənbədə keçirilməsi barədə qərar Şuranın 2009-cu ilin mayında Dəməşqdə (Suriya) keçirilmiş 36-cı sessiyasında qəbul edilib.

Tacikistanda ilk dəfə keçiriləcək sessiyanın gedişində siyasi, iqtisadi məsələlərin və beynəlxalq terrorçuluqla mübarizə problemlərinin müzakirəsi planlaşdırılır.

İslam Konfransı Təşkilatı 1969-cu ilin sentyabrında Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb. İKT-yə faktiki olaraq özünün İslam dünyasına aid olması barədə bəyanat verən istənilən dövlət üzv ola bilər. Hazırda 57 dövlət İKT-nin üzvüdür. Həmçinin İKT yanında müşahidəçi statusu da mövcuddur.

Xəbər lenti

Xəbər lenti