...

Azərbaycan muğamı İtaliyada səslənib

Siyasət Materials 12 May 2010 16:40 (UTC +04:00)
Azərbaycanın xalq artisti Alim Qasımovun ifasında Azərbaycan muğamı Romadakı Auditorium Parco della Musica (Auditorium. Romada musiqi parkı) adlı ən böyük konsert zalında səslənib.
Azərbaycan muğamı İtaliyada səslənib

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xalq artisti Alim Qasımovun ifasında Azərbaycan muğamı Romadakı Auditorium Parco della Musica (Auditorium. Romada musiqi parkı) adlı ən böyük konsert zalında səslənib.

Azərbaycan muğamının tanınmış ifaçısı Alim Qasımov qızı Fərqanə ilə birgə Romada Amerikanın Kronos Quartet qrupu ilə birgə "Azərbaycan gecəsi" proqramı ilə çox uğurla çıxış edib. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən çərşənbə günü məlumat verilib.

Romadakı "Santa Çeçiliya" Milli Musiqi Akademiyasında (Accademia Nationale di Santa Cecilia) da Alim Qasımovun və onu müşaiyət edən ansamblın iştirakı ilə Azərbaycan muğamına həsr olunmuş gecə keçirilib.

Gecə iştirakçılarına Azərbaycanın milli instrumental musiqisi təqdim olunub, muğam və xalq mahnıları ifa edilib.

Görüş Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti