...

Avropa Komissiyası Avropa mehriban qonşuluq siyasəti çərçivəsində Azərbaycanın inkişafını qiymətləndirib - səfir Rolan Kobia (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 May 2010 20:39 (UTC +04:00)
Еврокомиссия опубликовала в среду отчет о прогрессе, достигнутом двенадцатью странами - партнерами ЕС, включая Азербайджан, за пять последних лет реализации программы Европейской политике добрососедства, сказал на пресс-конференции в Баку посол ЕС в Азербайджане Ролан Кобиа.
Avropa Komissiyası Avropa mehriban qonşuluq siyasəti çərçivəsində Azərbaycanın inkişafını qiymətləndirib - səfir Rolan Kobia (ƏLAVƏ OLUNUB)

RED. əlav.: dördüncü abzasdan sonra əlavə olunub

Аzərbaycan, Bakı, 12 may /Trend, müxbir Y.Ostapenko/

Avropa Komissiyası Azərbaycan da daxil olmaqla, Avropa İttifaqının (Aİ) on iki ölkəsinin son beş il ərzində Avropa mehriban qonşuluq siyasəti proqramının gerçəkləşdirilməsi ilə bağlı əldə olunmuş inkişafı barədə çərşənbə günü hesabat hazırlayıb. Bu barədə Aİ-nin Azərbaycandakı səfiri Rolan Kobia Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hesabatda Azərbaycanın ötən il ərzində Avropa mehriban qonşuluq siyasəti üzrə fəaliyyət planının həyata keçirilməsində, eləcə də iqtisadi və sosial idarəetmə sahəsindəki inkişafından danışılır.

Həmçinin hesabatda qeyd olunur ki, iqtisadi böhrana baxmayaraq, ölkədə hökumətə sosial yardımları və dövlət investisiyalarını genişləndirməyə imkan verən nisbi sabitlik qorunub saxlanılıb. "Aviasiya sahəsində də uğurlar əldə edilib, buna nümunə kimi avianəqliyyat və pulların yuyulması ilə mübarizə haqqında bağlanmış müqaviləni misal göstərmək olar. Ümumdünya Ticarət Təşkilatına daxil olmaq prosesində, həmçinin insan haqları və azadlıqlarının qorunması sahəsində müəyyən uğurlar əldə olunub. Avropa Komissiyası hesab edir ki, gələcəkdə məhkəmə sahəsi və qanun qüvvəsinin gücləndirilməsi də daxil olmaqla, siyasi danışıqlar və islahatlarla da bağlı səylərin göstərilməsi vacibdir", - səfir bildirib. Hesabatda bildirilir ki, qanunvericiliyin bütün sahələrdə həyata keçirilməsi vacibdir və korrupsiya ilə mübarizə səylərinin gücləndirilməsi davam etdirilməlidir.

Həmçinin, Avropa Komissiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət irəliləyişlərin davam etdirilməsini vacib hesab edir.

Səfir assosiasiya haqqında razılaşmaya dair danışıqların başlanması üçün mandatın Avropa Komissiyasına verilməsini və direktivlərin bəyənilməsini yüksək qiymətləndirib. Mandatın Avropa Komissiyasına verilməsi "Şərq tərəfdaşlığı" proqramı tərəfindən nəzərə alınıb.

Avropa İttifaqının 27 ölkəsinin XİN rəhbərlərinin Şurası bazar ertəsi Aİ və Azərbaycan, Ermənistan və Gürcüstan arasında assosiasiya haqqında ikitərəfli razılaşmaların imzalanmasına dair danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verərək danışıqlar çərçivəsini bəyənib.

"Bu, çoxdan gözlənilən an idi", - səfir deyib.

Səfirin sözlərinə görə, yaxın zamanlarda bu layihənin başlanması ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar başlayacaq.

Aİ-yə üzv olmağın mümkünlüyünü özündə əks etdirməyən assosiasiya barədə razılaşmaları hazırda qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq barədə ikitərəfli razılaşmalar əvəzləyəcək.

"Assosiasiya haqqında razılaşmalar məsələsində Cənubi Qafqaz vahid bir bölgə kimi nəzərdə tutulur. Amma bununla belə, hər ölkəyə öz yolu ilə getmək üçün vaxt veriləcək, - Kobia deyib. - Beləliklə, əgər Cənubi Qafqaz ölkələrindən hər hansı biri danışıqlar yolunu tez keçsə, bu zaman onlarla razılaşmalar tez imzalanacaq".

Xəbər lenti

Xəbər lenti