...

Azərbaycanın Nəqliyyat Nazirliyi gücləndirilmiş rejimdə işləməkdə davam edir

Siyasət Materials 13 May 2010 15:00 (UTC +04:00)
Azərbaycanın Nəqliyyat Nazirliyinin strukturları ölkə ərazisində baş vermiş təbii fəlakətin nəticələrini aradan qaldırmaqla bağlı gücləndirilmiş iş rejimində çalışmaqda davam edir, - nazirlikdən yayılan məlumatda belə deyilir.
Azərbaycanın Nəqliyyat Nazirliyi gücləndirilmiş rejimdə işləməkdə davam edir

Аzərbaycan, Bakı, 12 may /Trend/

Azərbaycanın Nəqliyyat Nazirliyinin strukturları ölkə ərazisində baş vermiş təbii fəlakətin nəticələrini aradan qaldırmaqla bağlı gücləndirilmiş iş rejimində çalışmaqda davam edir, - nazirlikdən yayılan məlumatda deyilir.

Əsasən, su altında qalmış və sıradan çıxmış avtomobil yollarının bərpası istiqamətində işlər aparılır və həmçinin, Şirvan, İmişli, Sabirabad rayonlarında alternativ yolların çəkilməsi həyata keçirilir, - məlumatda qeyd edilir.

Bakıdan göndərilmiş texniki vasitələr və işçi qüvvələri hesabına yol istismarı ilə bağlı işlər aparılır. Avtomobillərin hərəkətinin bərpasında Padar yolunun 19-cu kilometrliyində çəkilmiş avtomobil yolu böyük rol oynayır. Digər istiqamətlərdə də intensiv işlər aparılır.

Həmçinin, Həşimxanlı - Qaratəpə yolunun 12-ci kilometrliyində (Sabirabad rayonu) avtomobillərin hərəkətinin normallaşdırılması gözlənilir. İşin sürətləndirilməsi məqsədilə Bakıdan hər gün əlavə olaraq 15-20 yük maşını göndərilir.

Aparılan işlərin koordinasiyası nəqliyyat naziri Ziya Məmmədov tərəfindən şəxsən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti