...

Bakıda Çexiya səfirliyinin rəsmi açılışı olub (FOTO)

Siyasət Materials 13 May 2010 20:33 (UTC +04:00)
Faktiki olaraq ötən ilin payızından fəaliyyət göstərən Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin cümə axşamı rəsmi açılış mətasimi keçirilib.
Bakıda Çexiya səfirliyinin rəsmi açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Y.Ostapenko/

Faktiki olaraq ötən ilin payızından fəaliyyət göstərən Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin cümə axşamı  rəsmi açılış mətasimi keçirilib. Mərasimdə Çexiyanın Azərbaycandakı birinci səfiri Radek Matula və Bakıda səfərdə olan Çexiya Baş nazirinin müavini, xarici işlər naziri Yan Kohout iştirak edib.

Kohout ölkələr arasında mövcud olan əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək səfirliyin açılması ilə əlaqədar təbriklərini səsləndirib və səfirliyə işində uğurlar arzulayıb.

"Mən həqiqətən də Azərbaycanda Çexiya səfirliyini aça bildiyimizə görə şadam. İqtisadi böhran dövründə səfirlik açmaq asan iş deyil. Həmçinin biz o faktı da nəzərə almalıyıq ki, hazırda büdcəmizdə olan çətinliklər bizi bir sıra diplomatik nümayəndəliklərimizi bağlamağa məcbur edib", - Kohout bir müddət əvvəl Trend-ə müsahibəsində bildirmişdi.

Nazir müsahibəsində əminliyini bildirib ki, bu addım Çexiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişafını sürətləndirməyə imkan verəcək. Siyasət və iqtisadiyyatdan başqa, bu, həmçinin təhsil, turizm və mədəni əlaqələr sahəsində münasibətlərin inkişafına kömək edir.

Xəbər lenti

Xəbər lenti